Yeni aparılan tədqiqat kişilərin beyninin günün müxtəlif saatlarında kiçildiyini üzə çıxarıb.
Maya.news xəbər verir ki, bunun əsas səbəbi kişi orqanizmində baş verən hormonal dəyişikliklərdir.
ABŞ-də yerləşən Pensilvaniya Universitetində aparılan tədqiqatda 26 yaşlı bir kişinin beyni 30 gün ərzində gündə 40 dəfə incələnib.
Məlum olub ki, testesteron, kortizol və estradiol hormonlarının səviyyəsinin aşağı düşdüyü axşam saat 8-də kişilərin beyni kiçilir.