spot_img
Ana səhifəHƏYAT TƏRZİKİŞİLƏR DÜNYASIKişilərin nəslinin kəsilmək təhlükəsi var: Y xromosomu yox olur?

Kişilərin nəslinin kəsilmək təhlükəsi var: Y xromosomu yox olur?

spot_img

Y xromosomunun bir gün tamamilə yox olacağı ilə bağlı elmi nəzəriyyələr mövcuddur.

Maya.news xəbər verir ki, bu proses yaxın gələcəkdə olmasa da, təxminən 6-7 milyon il sonra reallaşa bilər.

Belə ki, kişi cinsiyyətinin formalaşmasında mühüm rol oynayan Y xromosomu təkamül prosesində zamanla kiçilib və genetik özünəxaslığını itirib.

“BBC Science Focus”a müsahibə verən alim Cenni Qraves bu barədə belə deyib:

“Y xromosomunda sadəcə 45 gen var. KİŞİ cİnsİyyətİnİ bu genlərdən sadəcə bİrİ müəyyənləşdİrİr.

Əvvəllər İsə Y-də də X xromosomu İlə eynİ sayda gen olub.

Bu genlərİn sayı 166 mİlyon İl ərzİndə azalıb. Nətİcədə İndİ Y xromosomundan olan genlərİn çoxu bİr-bİrİnİ təkrarlayan “zİbİl DNT”lərdən İbarətdİr”

Y xromosomu Niyə Zəifləyir?

Alimlər Y xromosomunun genetik strukturunun zəifləməsinin səbəbini onun digər xromosomlarla rekombinasiya etməməsi ilə izah edirlər.

Rekombinasiya etmədiyi üçün Y xromosomu zərərli genetik mutasiyalara məruz qalır. Bu da xromosomun genetik materialının tədricən azalmasına səbəb olur.

Alimlər vurğulayırlar ki, hazırda Y xromosomunun böyük bir hissəsi təkrarlanan “zibil DNT” adlanan genetik materialdan ibarətdir.