Demək olar ki, bütün mədəniyyətlərdə qadınların kişilərdən daha çox danışdığı ilə bağlı bir iddia var. Bəs bu nə qədər realdır?
Maya.news xəbər verir ki, 2007-ci ildə ABŞ-də yerləşən Arizona Universitetində aparılan tədqiqat bu deyimin həqiqətə uyğun olmadığını üzə çıxarıb.
Həmin araşdırma zamanı məlum olub ki, qadınlar və kişilər gün ərzində eyni miqdarda söz (təxminən 16 000) istifadə edirlər.
Ancaq son tədqiqatlar nəticəsində qadınların kişilərdən daha çox danışdığı məlum olur.
Belə ki, bu dəfə Arizona Universitetinin tədqiqatçıları 25-65 yaş arasında olan qadınların kişilərdən gündə orta hesabla 3000 söz artıq danışdığını aşkar ediblər.
Digər yaşlarda olan qadınlar isə gündəlik həyatlarında kişilər qədər danışırlar.