Şəkərli və enerji içkilərinin kişilərdə keçəlləşməyə səbəb olduğu aşkarlanıb.
Maya.news xəbər verir ki, bu barədə Tsinxua Universitetinin tədqiqatçıları araşdırma aparıblar.
Tədqiqat zamanı kişilərin şəkərli içki aludəçilikləri ilə keçəlləşmələri arasında əlaqə üzə çıxıb.
Belə ki, hər gün şəkərli içkilər, enerji içkiləri, meyvə suyu və şirinçay içən kişilərdə içməyənlərlə müqayisədə 30% daha çox saç tökülməsi baş verir.
Bu göstərici gün ərzində bir neçə şəkərli içki içən kişilərdə isə 42%-ə çatır.