“Toyota Prius” hibrid avtomobilinin adı Ginnesin Rekordlar Kitabına daxil edilib.
Maya.news xarici KİV-ə istinadən xəbər verir ki, “Toyota Prius” ABŞ-nin bir sahilindən digər sahilinə səyahət zamanı ən az yanacaq sərf edən avtomobil olub.
5168.7 kilometrlik məsafəni Los-Ancelesdən Nyu-Yorka gedən amerikalı Ueyn Qerdes məsafə üzrə orta yanacaq sərfiyyatının 100 kilometrə 2.525 litr olduğunu bildirib.