Qucaqlaşmaq təkcə emosional deyil, həm də fiziki sağlamlığa bir çox müsbət təsir göstərir.
Maya.news xəbər verir ki, qucaqlaşma bədəni rahatlaşdırır, stressi azaldır və ümumi sağlamlığı dəstəkləyir:
Qan təzyiqini normallaşdırır
Beyinin fəaliyyətini stimullaşdıraraq qan təzyiqini aşağı salır.
Ağrı hissini azaldır
Qucaqlaşma zamanı beyində yerləşən “afferent c” sinirləri aktivləşir. Nəticədə ağrı kəsici təsiri olan endorfin hormonu ifraz olunur.
Stressi azaldır
Psixoloqlar cütlüklərə stressli mübahisələr etməzdən əvvəl 20 saniyə müddətində qucaqlaşmağı tövsiyə edirlər.
Uşaqlarda övgüvəni artırır
Qucaqlaşmaq uşaqlar və yeniyetmələrdə özgüvəni artırır, onlara rahatlıq verir.
Xoşbəxtlik hormonunun ifrazını artırır
Qucaqlaşdığımız andan etibarən bədənimizdə xoşbəxtlik hormonu olan oksitosinin miqdarı artır.
İmmuniteti və ürəyi gücləndirir
Qucaqlaşmaq immuniteti gücləndirir, ürək-damar xəstəliklərinə yaxalanma riskini azaldır.