spot_img
Ana səhifəHƏYAT TƏRZİSEVGİ14 fevral – Sevgililər Günü

14 fevral – Sevgililər Günü

spot_img

“Valentin Günü” adı ilə də tanınan bu qeyri-rəsmi bayram dünyanın əksər ölkələrində qeyd edilir. 

Maya.news xəbər verir ki, Sevgililər Gününün tarixi III əsrdə Roma İmperiyası dövrünə qədər uzanır.

Həmin dövrdə Romanın imperatoru olan II Kladius ordusunu gücləndirmək üçün gənclərə müvəqqəti olaraq evlənməyi qadağan edib.

Ancaq Valentin adlı rahib imperatorun “Luperkalia” bayramını qadağan etməsinə baxmayaraq qızlarla oğlanları gizli şəkildə görüşdürüb.

Bundan xəbər tutan imperator Valentini zindana atdırıb və onu təhqiramiz formada öldürtdürüb. Valentin 14 fevral tarixində dəfn olunub.

14 fevralın “Valentin günü” adı altında qeyd edilməsinə isə rahibin ölümündən 226 il sonra başlanılıb.

496-cı ildə Papa Gelasius Roma bütpərəstlərindən qalan “Luperkalia” bayramının adı rahib Valentinin şərəfinə dəyişdirib.