Belçikada 64 yaşlı Jan 19 illik evliliyinin şok gerçəyi ilə üzləşib.
Maya.news xəbər verir ki, o, həyat yoldaşı Monikanın əslində kişi olduğunu öyrənib.
Cütlüyün tanışlığı 1993-cü ildə baş tutub. Monika, Janın bacısı uşaqlarının baxıcısı olub. Onların arasında baş tutan münasibət zamanla evliliyə çevrilib.

Evlilik illərində Jan, həyat yoldaşının keçmişinə dair heç bir şübhə etməyib və hər şey normal gedib. Lakin, bir gün Monikanın qohumlarından biri ona şok edici məlumat verərək Monikanın cinsiyyət dəyişdirmə əməliyyatı keçirdiyini söyləyib. Bu xəbər, Janı dərindən sarsıdıb və həyatı tamamilə dəyişib.
Jan, həyat yoldaşının keçmişini öyrəndikdən sonra boşanmaq qərarına gəlib və məhkəməyə müraciət edərək evliliyi sonlandırmaq üçün addımlar atıb. Monikanın cinsiyyət dəyişdirmə əməliyyatı ilə bağlı olan bu gerçək, onların 19 illik evliliyini sonlandırıb.