spot_img
Ana səhifəHƏYAT TƏRZİSEVGİ94 yaşlı qadının 81 il sevdiyi kişi ilə kədərli vida anı

94 yaşlı qadının 81 il sevdiyi kişi ilə kədərli vida anı

spot_img

94 yaşlı qadının 81 il sevdiyi kişi ilə vidalaşma videosu sosial mediada gündəm olub.

Maya.news xəbər verir ki, videonu cütlüyün Ancela adlı nəvəsi öz sosial media hesabında paylaşıb.

Onun sözlərinə görə baba və nənəsi 13 yaşından etibarən bir-birlərini seviblər.

Münasibətləri 81 il davam edən kişi və qadının hər ikisi 94 yaşına çatıb.

Nənə demansiya xəstəliyindən əziyyət çəkir və o, həyatındakı hər şeyi unudub.

Ancaq bir gün o, ərini xatırlayıb və onu xəstəxanada ziyarət edərək ürək sözlərini deyib.

Hüznlü keçən görüşdən 1 gün sonra isə baba həyatını itirib.