İtaliyada arvadı ilə dava edib sakitləşmək üçün çölə çıxan 49 yaşlı kişi 450 km yeriyib.
Maya.news xəbər verir ki, hadisə 2020-ci ildə baş verib.
Yürüş edən kişi polis tərəfindən dayandırılmasa, yoluna davam etmək fikrində olduğunu bildirib.
Onun dayandırılmasına səbəb isə o dövrdə COVID-19 pandemiyası səbəbindən İtaliyada küçəyə çıxma qadağasının olması olub.
O, İsveçrəylə sərhəd olan Komo şəhərində yaşasa da, 450 km uzaqlıqdakı Adriatik dənizinin sahilində yerləşən Fano qəsəbəsində saxlanılıb.
Yəni, təxminən gündə 64 km piyada məsafə qət edib.
Onu dayandıran polis məmurları kişinin dediklərinə inanmayıblar, ancaq araşdırma zamanı məlum olub ki, onun həyat yoldaşı 1 həftə əvvəl ərinin yoxa çıxması ilə bağlı qəzetdə elan verib.