Bir insanın önündə diz çökmək sadəcə romantik hərəkət deyil.
Maya.news xəbər verir ki, bu jest tarix boyunca güc, hörmət və sədaqətin simvolu olub.
Onun kökü minlərlə il əvvələ, Qədim Əhəməni dövlətinə qədər uzanır. Tarixçilərin qeydlərinə görə, burada insanlar arasında salamlaşmada sosial status xüsusi rol oynayıb.
Məsələn, qarşılaşan iki insan arasında sosial status fərqi azdırsa, yüksək statuslu insan ondan bir az aşağı statusa malik insanın üzündən öpüb.
Ancaq status fərqi böyükdürsə, aşağı təbəqədən olan insan statusu yüksək şəxs qarşısında yerə əyilərək hörmətini nümayiş etdirib.
Orta əsr Avropasında isə cəngavərlər yeni rütbə aldıqda kralların qarşısında diz çökər və onlara bağlılıqlarını göstərərdi.
11-ci əsrdən etibarən Avropa saraylarında cəngavərlərlə yüksək təbəqədən olan xanımlar arasında xüsusi bağlar yaranmağa başlayıb.
Cəngavərlər kralın qarşısında diz çökdükləri kimi zadəgan xanımların da qarşısında diz çökməyə başlayıblar.
Sonrakı dövrlərdə isə bu jest evlənmə təklifi edərkən kişinin hisslərinin nə qədər güclü olduğunu göstərən hərəkətə çevrilib.