Brian McShea adlı adam Los-Ancelestəki yanğınlar zamanı yanan evinin qalıqlarından tapdığı üzüklə sevgilisinə evlənmə təklif etdi.
Maya.news xəbər verir ki, Braynın bu sürpriz evlənmə təklifi sevgilisi Raynor tərəfindən qəbul edilib.
Brayn üzüyü evindəki bir çəkməcədə unutduğunu və yanğın qalıqlarına baxarkən təsadüfən tapdığını bildirib.
Cütlük yaşadıqları faciəyə baxmayaraq yenidən həmin məhəllədə birlikdə ev inşa edəcəklər.
Bu hekayə əsl sevginin ən çətin anlarda belə insana mənəvi və fiziki güc verdiyini göstərir.

