Türkiyədə yerləşən Atatürk Universitetinin tədqiqatçılarından biri olan professor Levent Gültekin kəşf etdiyi böcəyə arvadının adını qoyub.
Maya.news xəbər verir ki, Türkiyədəki Kop dağında aşkarlanan böcək növünə “neslihanae” adı verilib.
Böcəyin elmi adı isə “mogulones neslihanae” olub.
Professorun həyat yoldaşı Neslihan Gültekin isə ərinin onun adını bir böcək növünə verməsindən məmnun olduğunu bildirib.