Almaniyada yaşayan 86 yaşlı Reiner Töpfer adlı kişi “Gülüm” deyə səsləndiyi arvadı Erikanın xatirəsini yaşatmaq üçün keramikadan güllər hazırlayır.
Maya.news xəbər verir ki, o, arvadına ölüm ayağında olarkən bu işi görəcəyinə dair söz verib.
Reinerin hazırladığı gülllər Mavritaniyadan Peruya, Meksikadan Omana qədər dünyanın 140 ölkəsinə göndərilir.
Reiner gül verdiyi şəxslərə isə bir şərt qoyur.
Gülün çatacağı şəxs onunla foto çəkdirib Reinerə göndərməlidir.
Reiner hər gün arvadının məzarını ziyarət edir və son fotonun hansı ölkədən gəldiyini məzara danışır.
Qeyd edək ki, Reinerin həyat yoldaşı 7 il əvvəl dünyasını dəyişib.
