spot_img
Ana səhifəMAYA+Sevgi dərini gözəlləşdirir

Sevgi dərini gözəlləşdirir

spot_img

Sevgi yalnız ruhi sağlamlığımıza deyil, həm də bədənimizə və dərimizə müsbət təsir göstərir.

Maya.news xəbər verir ki, araşdırmalara görə, aşiq olan insanların orqanizmində dofamin, serotonin və noradrenalin hormonlarının balanslı ifrazı artır.

Sevgi həmçinin testesteron, estrogen və androgen hormonlarının ifrazını da stimullaşdırır.

Dofamin və serotonin hormonlarının artması dərinin sağlamlığına və canlılığına müsbət təsir göstərir. Bu səbəbdən aşiq insanların üzünə rəng gəldiyi və dərilərinin daha parlaq göründüyü müşahidə edilir.

Sevgi həm fiziki, həm də psixoloji sağlamlığımıza olan müsbət təsiri ilə həyat keyfiyyətini artırır.