spot_img
Ana səhifəHƏYAT TƏRZİSƏYAHƏTƏbu-Dabidən Qəbələyə aviareys açılır

Əbu-Dabidən Qəbələyə aviareys açılır

spot_img

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərindən Qəbələ Beynəlxalq Hava Limanına aşağıbüdcəli uçuşlara başlanılacaq.

Maya.news xəbər verir ki, uçuşlar BƏƏ-nin milli ultra aşağıbüdcəli (loukost) aviadaşıyıcısı “Wizz Air Abu Dhabi” tərəfindən həyata keçiriləcək.

Uçuşlar iyunun 19-dan etibarən həftədə 3 dəfə – çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək.

Biletlərin qiyməti 45,99 ABŞ dollarından başlayır.

Aviabiletləri artıq wizzair.com və aviaşirkətin mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.