Dünyaca məşhur səyahət dərgisi “Wanderlust” 2025-ci il üçün “Oxuyucuların Səyahət Mükafatları” siyahısını açıqlayıb.
Maya.news xəbər verir ki, siyahıda oxucuların ən çox səyahət etmək istədikləri ölkələr yer alıb.
Siyahının ilk pilləsində Özbəkistan qərarlaşıb. İkinci yerdə Albaniya, üçüncü yerdə isə Qətər var.
Azərbaycanın isə bu prestijli siyahıda 4-cü yeri tutub.
Siyahının ilk onluğuna həmçinin Qazaxıstan, Qrenlandiya, Ermənistan, Nikaraqua, Moldova və Panama da daxil olub.
Səyahət dərgisinin bu sorğusunda 168,000 oxucu iştirak edib və ölkələr 22 fərqli kateqoriya üzrə qiymətləndirilib.
Qeyd edək ki, “Wanderlust” bu sorğunu artıq 23 ildir ki, ardıcıl olaraq keçirir və dünya səyahətçilərinin maraq dairəsini müəyyənləşdirir.