Bali məşhur səyahət portalı “Tripadvisor” tərəfindən mədəniyyət kateqoriyası üzrə dünyanın ən yaxşı yeri seçilib.
Maya.news xəbər verir ki, İndoneziyanın Bali adası portalın “Travellers’ Choice” mükafatına layiq görülüb.
Bu mükafat Balinin zəngin mədəni mirası və ziyarətçilərə təqdim etdiyi çeşidli təcrübələr əsas götürülərək təqdim olunub.
Məlumatda qeyd olunur ki, adanın mədəniyyət mərkəzi olan Ubud milli rəqs performansları, qızıl və gümüş atelyeleri ilə diqqət çəkir.
Sideman kəndi möhtəşəm vadilər və düyü tarlaları ilə zəngin olub yürüş etmək üçün ideal yerdir.
“Tripadvisor” portalının hazırladığı siyahıda ilk onluq isə Hanoy, London, Mərakeş, Roma, Kazko, Katmandu, Yeni Dehli, Girit və Siem Ripdən ibarətdir.