İlin yorğunluğunu çıxarmaq üçün hələ də istirahət edəcəyiniz yeri hələ də seçməmisiniz?
Maya.news sizə cənnət kimi gözəl 5 tropik yeri təqdim edir:
Zanzibar
Tanzaniyada yerləşən iki adadan ibarət Zənzibar mavi çimərlikləri ilə məşhurdur. Ağ qumlu çimərlikləri, firuzəyi suları və ədviyyat tarlaları ilə səyahət sevərləri cəlb edən bu yer unudulmaz tətil üçün ideal seçimdir.

Seyşel adaları
115 adadan ibarət arxipelaqdır. Burada qranit qayalıqlar, yamyaşıl meşələr və firuzəyi dəniz tapa biləcəksiniz.

Maldiv adaları
Hind okeanında yerləşən Maldiv adaları uzun müddətdir ki, əsas turizm istiqamətlərindəndir. Burada suya dalış, sörf və digər su idman növləri ilə məşğul ola bilərsiniz.

Fici
Sakit okeanda yerləşən Fici 332 adadan ibarətdir. Burada siz mərcan qayalıqların, tropik meşələrin və şəlalələrin əhatəsində mavi dənizdən həzz alacaqsınız.

Bali
İndoneziyanın adası olan Bali düyü tarlaları, məbədləri və tarixi mədəniyyəti ilə məşhurdur. Burada siz su idman növləri ilə məşğul ola və tarixi məbədləri ziyarət edə bilərsiniz.
