Türkiyənin İstanbul şəhərinin əhalisinin sayı 2024-cü ildə dünyanın 131 ölkəsindən daha çox olub.
Maya.news xəbər verir ki, İstanbul əhalisi 15 milyon 701 min 602 nəfərə çatıb.
Şəhər əhalisinin 7,82 milyonu kişi və 7,88 milyonu isə qadındır.
Ümumilikdə Türkiyə əhalisinin 18,3 faizi İstanbul şəhərinin payına düşür.
Qeyd edək ki, Belçika (11,7 milyon), Çexiya (10,5 milyon), Yunanıstan (10,3 milyon), Macarıstan (10 milyon) və s. 131 ölkə əhalisinin sayına görə İstanbuldan geri qalır.