Səudiyyə Ərəbistanı “Neom” layihəsi çərçivəsində səhrada xizək mərkəzi inşa edir.
Maya.news xəbər verir ki, “Trojena” adlı mərkəz 500 milyard dollara ərsəyə gələcək.
Dövlət rəsmiləri bu futuristik şəhər vasitəsilə ölkəni turistik bölgəyə çevirməyi hədəfləyirlər.
“Trojena” dəniz səviyyəsindən 1500-2000 metr yüksəklikdə yer alacaq və 60 km-lik ərazini əhatə edəcək.
Layihə 2029-cu ildə Asiya Qış Olimpiya Oyunlarına ev sahibliyi etməyi hədəfləyir.

