2 yaşındakı Tilli adlı pişik ömürboyu pulsuz səyahət imkanı qazanıb.
Maya.news xəbər verir ki, bu maraqlı hadisə İngiltərədə baş verib.
Belə ki, Tilli sahibindən xəbərsiz qatara minərək 27 km məsafə qət edib.
O Londonun “Weybridge” bölgəsindən “Waterloo”ya qədər gedib.
Qatar stansiyasında tapılan pişik sahibinə geru verilib.
Hadisədən xəbər tutan “South Western Railway” şirkəti səyahət etməyi sevən Tilliyə ömürboyu ödənişsiz səyahət kartı hədiyyə edib.
Artıq Tilli “Cat2Go” adlı rəqəmsal kart vasitəsilə istədiyi qədər qatar səyahəti edə biləcək.