spot_img
Ana səhifəHƏYAT TƏRZİSƏYAHƏTTəyyarədə siqaret çəkmək qadağandırsa, niyə tualetlərdə külqabı var?

Təyyarədə siqaret çəkmək qadağandırsa, niyə tualetlərdə külqabı var?

spot_img

Təyyarədə tualetdən istifadə edərkən ətraflı araşdırmaq imkanınız olubmu? Əgər fikir vermisinizsə, siqaret çəkmək qadağan olunsa da, hələ də tualetin qapısında və ya lavabonun yanında külqabı olduğunu görə bilərsiniz.

Əgər təyyarələrdə siqaret çəkmək qəti qadağandırsa, niyə bu külqabılar hələ də oradadır?

Maya.news xəbər verir ki, bu gün təyyarələrdə siqaret çəkmək qəti qadağan olsa da, ABŞ-də bir qanun təyyarələrin tualetlərində külqabı olmasını tələb edir.

Bu qaydada qeyd olunur ki, “təyyarədə siqaret çəkmək qadağan olunsa belə, girişdə və ya tualetin qapısının yanında özü bağlanan və çıxarıla bilən külqabılar olmalıdır”.

Üstəlik, təyyarədə külqabı xarab olarsa, o 72 saat ərzində təmir edilməlidir.

Təyyarələrdə təhlükəsizliyi təmin etmək üçün çoxlu sayda ehtiyat tədbirlər həyata keçirilir. Külqabıların mövcudluğu da bu ehtiyyat tədbirlərin bir hissəsidir.

Belə ki, təyyarələrdə siqaret çəkmək qadağan olunsa da, bəzi sərnişinlər hələ də bu qaydaları pozur və tualetdə siqaret çəkirlər. Belə hallarda külqabılar sərnişinlərə siqaretləri təhlükəsiz şəkildə söndürmək və atmaq imkanı yaradır.