spot_img
Ana səhifəHƏYAT TƏRZİSƏYAHƏTKuklalar tərəfindən "işğal edilən" yapon kəndi: İçinono

Kuklalar tərəfindən “işğal edilən” yapon kəndi: İçinono

spot_img

Yaponiyanın qorxu filmi səhnələrini xatırladan “İçinono” kəndi kuklalarla doludur və bu görüntü bura səyahət edən hər kəsin diqqətini çəkir.

Maya.news xəbər verir ki, “İçinono” kəndində sakinlərin öz əlləri ilə hazırladığı kuklalar hər yerdə – tarlalarda, küçələrdə, yelləncəklərdə və evlərin həyətlərində yerləşdirilib.

Köhnə geyimlər, parçalar və boyalardan hazırlanan bu kuklalar kəndin hər guşəsində gözə dəyir.

Kənddə cəmi 60-dan az insan yaşayır və onların hamısının yaşı 65-dən yuxarıdır.

Gənclər təhsil və iş üçün şəhərlərə köçdüyünə görə kəndin yaşlı sakinləri yalnızlıqla mübarizə aparmaq üçün kuklaları həyatlarına yoldaş olaraq seçiblər.

Yaponiya dünyada 65 yaşdan yuxarı yaşda əhalinin ən yüksək nisbətinə sahib ölkədir və bu statistika “İçinono” kəndində daha qabarıq şəkildə görünür.

Kuklalar kənd sakinlərinin həyatlarının bir parçasına çevrilərək, onların yalnızlıqlarını azaldır və kəndə mistik bir aura bəxş edir.