spot_img
Ana səhifəİDMANKriştianu Ronaldu "Ən-Nəsr" klubunda həftəyə 3 milyon avro qazanacaq

Kriştianu Ronaldu “Ən-Nəsr” klubunda həftəyə 3 milyon avro qazanacaq

spot_img

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubundakı həftəlik qazancı rəsmən açıqlanıb.

Maya.news xəbər verir ki, Ronaldu “Ən-Nəsr”də həftəlik 3 milyon avro gəlir əldə edir.

Bu məbləğ onun dünyanın ən çox qazanan futbolçularından biri olduğunu göstərir.

Futbolçu klub rəhbərliyinə həftəlik qazancının 4 milyon avroya yüksəldilməsi ilə bağlı tələb irəli sürüb.

Klub rəhbərliyi isə Ronaldunun istəyini qəbul edəcəyini və yaxın zamanda məbləği artıracağını bildirib.

Ronaldu həm meydanda göstərdiyi performansla, həm də qazancı ilə futbol dünyasında rekordlar qırmağa davam edir.