spot_img
Ana səhifəİDMAN2026-cı il sumo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək

2026-cı il sumo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək

spot_img

2026-cı ildə sumo üzrə dünya çempionatına Azərbaycan ev sahibliyi edəcək.

Maya.news xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi rəsmi məlumat yayıb.

Polşanın Krotoşin şəhərində Beynəlxalq Sumo Federasiyası tərəfindən verilən qərara əsəsən 2026-cı il dünya çempionatı Azərbaycanda təşkil olunacaq.

Bu ölkəmizin beynəlxalq idman tədbirlərində ev sahibliyi təcrübəsini artıran daha bir mühüm addım hesab olunur.