Məşhur rürkiyəli şair Nazim Hikmət 15 yanvar 1902-ci ildə dünyaya gəlib. Həyatının 12 ilini həbsxanada keçirən Nazim həm də zəngin eşq həyatı ilə tanınır.
Maya.news xəbər verir ki, şair 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olsa da, xarici müdaxiləçilər tərəfindən Türkiyənin işğalına etiraz olaraq yazdığı şeirə görə xaric edilib.

O, 1921-ci ildə Sovet Rusiyasına gəlib, Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində təhsil alıb.
Türkiyədə yaşadığı illərdə dövlətlə yola gedə bilməyən şairə 28 il həbs cəzası verilib. Nazim Hikmət ümumilikdə 12 il həbsdə qalıb. Həbsdə olduğu illərdə su işgəncəsinə məruz qaldığına görə travma alıb. O, ölənədək bədənini ətirlə təmizləyib.

Eşq həyatı zəngin olan şair Pirayə, Münəvvər, Qalina və Vera Tulyakova adlı qadınlara aşiq olub. İnfarkt keçirən şairə həkim “Veranı sevsən 3 il, sevməsən 10 il yaşayacaqsan” deyib. Həqiqətən də Nazim Hikmət Vera ilə birlikdə cəmi 3 il 4 ay yaşayıb.

Münəvvərlə olan evliliyindən dünyaya gələn Mehmet isə atasının onları tərk etməsini heç vaxt bağışlamayıb.
Nazim Hikmət 1963-cü il iyunun 3-də Moskvada vəfat edib.