“Harri Potter və Fəlsəfə Daşı” kitabının nadir ilk nəşri İngiltərədə zibillikdən tapılıb və yaxın günlərdə satışa çıxarılacaq.
Maya.news xəbər verir ki, kitab sahibləri bu qiymətli nəşri son anda zibillikdən çıxarıblar.
İndi isə kitabı 40 000 funt sterlinqə (təxminən 83 000 AZN) satmağı planlaşdırırlar.
20 il ərzində rəfdə qalan bu nadir kitabın yaxşı vəziyyətdə olduğu bildirilib.
Xatırladaq ki, “Harri Potter və Fəlsəfə Daşı”nın ilk nəşri cəmi 500 nüsxə ilə çap olunub və hazırda kolleksiyaçılar arasında böyük dəyərə malikdir.