Türkiyəli aktrisa Aybüke Pusat insanları boykot etməyə səslədiyi üçün “Teşkilat” serialından uzaqlaşdırılıb.
Maya.news xəbər verir ki, serialın yayımlandığı TRT məsələ ilə bağlı açıqlama paylaşıb.
Açıqlamada aktrisanın boykot çağırışının TRT-nin prinsiplərinə, ictimai yayım anlayışına və peşəkarlığına əks olduğu vurğulanıb.
Qeyd edək ki, Aybüke “Teşkilat” serialında “Neslihan” obrazını canlandırırdı.
Aktrisanın yaradıcı heyətdən ayrılmasından sonra serialın ssenarisində dəyişikliklərin olacağı gözlənilir.

