Türkiyənin məşhur müğənnisi Bülent Ersoyun həyatından film çəkiləcək.
Maya.news xəbər verir ki, bu barədə Türkiyə mətbuatında xəbərlər yayımlanıb.
Verilən məlumata görə, filmin ssenarisi Mine Şengöz tərəfindən yazılıb.
Bülent Ersoy ssenarini oxuyub və “ok” verib.
Filmin çəkiliş və vizyon tarixi barədə hələ ki, heç bir məlumat verilməyib.