Türkiyənin məşhur aktyoru Oktay Kaynarca yeni bir layihə ilə ekranlara qayıdır.
Maya.news xəbər verir ki, aktyor “Ev Hapsi” adlı serialda həm baş rolu ifa edəcək, həm də prodüser kimi fəaliyyət göstərəcək.

Serialda Oktay Kaynarca korrupsiya ittihamı ilə ev dustaqlığında olan bələdiyyə sədri obrazını canlandıracaq. Bu maraqlı və dramatik hekayə 8 seriyadan ibarət olacaq və “GAİN” platformasında yayımlanacaq.

Qeyd edək ki, Oktay Kaynarca “Kurtlar Vadisi” serialında canlandırdığı “Çakır” obrazı ilə böyük şöhrət qazanmışdı. Onun son ekran işi isə “Ben Bu Cihana Sığmazam” serialı olub.
O, həm də “Kim milyoner olmak ister?” proqramında aparıcılıq edir.