spot_img
Ana səhifəİNCƏSƏNƏTKİNOOskar mükafatının qalibləri açıqlandı

Oskar mükafatının qalibləri açıqlandı

spot_img

Oskar müfatının qaliblərinin adları açıqlanıb.

Maya.news xəbər verir ki, “Ən yaxşı film” nominasiyasının qalibi amerikalı rejissor Şon Beykerin “Anora” filmi olub.

Beyker, həmçinin “Ən yaxşı rejissor”, “Ən yaxşı orijinal ssenari” və “Ən yaxşı montaj” nominasiyalarında da qalib gəlib.

“Ən yaxşı aktrisa” mükafatı da “Anora”da baş rolu ifa edən Mayki Mədisona verilib.

“Ən yaxşı aktyor” mükafatını isə “Brutalist” filmində baş rolu ifa edən Edrien Brodi qazanıb.

Xatırladaq ki, bu aktyorun eyni nominasiya üzrə ikinci mükafatıdır.

O, daha əvvəl “Pianist” filmi ilə Oskar mükafatına layiq görülüb.

Builki Oskar mükafatlandırma mərasimində müxtəlif nominasiyalar üzrə qalib gələn filmlər aşağıdakılardır:

  • Ən yaxşı səs – “Dyuna: İkinci Hissə” (rej. Deni Villnöv);
  • Ən yaxşı vizual xüsusi effektlər – “Dyuna: İkinci Hissə”;
  • Ən yaxşı tammetrajlı animasiya filmi – “Axın” (rej. Gints Zilbalodis, Latviya);
  • Ən yaxşı qısa animasiya filmi – “Sərv kölgəsində” (rej. Şirin Sohanı, Hossin Molaemi, İran);
  • Ən yaxşı beynəlxalq film – “Hələ də buradayam” (rej. Valter Salless, Braziliya);
  • Ən yaxşı operator işi – “Brutalist” (operator Deniel Blumberq);
  • Ən yaxşı kostyum dizaynı – “Şeytan: Qərb ifritəsinin nağılı” (rej. Con Çu);
  • Ən yaxşı uyğunlaşdırılmış ssenari – “Konklav” (rej. Edvard Berger, ssenarist Piter Stron);
  • Ən yaxşı makiyaj və saç düzümü – “Substansiya” (rej. Korali Farja);
  • Ən yaxşı bədii dizayner işi – “Şeytan: Qərb ifritəsinin nağılı”;
  • Ən yaxşı musiqi – “Brutalist” (bəstəkar Deniel Blumberq);
  • Ən yaxşı orijinal mahnı – “El Mal” (“Emiliya Peres”);
  • Ən yaxşı qısa sənədli film – “Orkestrdəki tək qız” (Molli O’Brayen və Liza Reminqton);
  • Ən yaxşı sənədli film – “Başqa torpaq yoxdur” (rej. Yuval Abraham, Bazil Adra, Fələstin-Norveç);
  • Ən yaxşı qısametrajlı film – “Mən robot deyiləm” (rej. Viktoriya Varmerdam, Niderland).
Oskar 2025
Oskar 2025
Oskar 2025