spot_img
Ana səhifəİNCƏSƏNƏTKİNO“Qızıl Qlobus” 2025 qalibləri açıqlandı: Ən Yaxşılar Səhnədə

“Qızıl Qlobus” 2025 qalibləri açıqlandı: Ən Yaxşılar Səhnədə

spot_img

Dünyanın ən nüfuzlu kino və televiziya mükafatlarından biri olan “Qızıl Qlobus” 2025-in qalibləri elan edilib.

Maya.news xəbər verir ki, 82-ci mükafatlandırma mərasimi ABŞ-ın Kaliforniya ştatında keçirilib.

Tədbirdə ötən ilin ən diqqətəlayiq film və serialları müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.

“İlin ən yaxşı dram filmi” nominasiyasının qalibi “The Brutalist”, “İlin ən yaxşı komediya filmi” nominasiyasının qalibi isə “Emilia Peres” filmi olub.

Demi Mur komediya və müzikl janrındakı “The Substance” filmindəki roluna görə ən yaxşı aktrisa mükafatına layiq görülüb.

Dram serialında “Ən yaxşı aktyor” nominasiyasının qalibləri Xiroyuki Sanada və Anna Savay, komediya üzrə isə Ceremi Allen və Djin Smart olublar.

Ötən ilin ən yaxşı dram janrında olan serialı “Shogun”, komediya janrında isə “Hacks” seçilib.