
Adelin “Million years ago” mahnısı plagiat çıxdı. Braziliya məhkəməsi məşhur müğənni Adelin “Million years ago” mahnısını plagiat hesab edib.
Maya.news xarici KİV-ə istinadən xəbər verir ki, iddia braziliyalı bəstəkar Toninyo Geraes tərəfindən qaldırılıb.
Bəstəkarın sözlərinə görə, Adelin bu mahnısı onun musiqisini yazdığı samba melodiyasının təkrarıdır.
Bəstəkar bu melodiyanı müğənni Martinho da Vila Mulheres üçün bəstələyib.
Məhkəmə plagiat hesab etdiyi mahnının bütün dünyada satışdan, o cümlədən musiqi yayımı xidmətlərindən götürülməsinə qərar verib.
Bəstəkar həmçinin 160 min dollar məbləğində təzminat tələb edib.