spot_img
Ana səhifəİNCƏSƏNƏTMUSİQİ“Avroviziya 2025” yarışmasında bu mahnı ilə iştirak edəcəyik

“Avroviziya 2025” yarışmasında bu mahnı ilə iştirak edəcəyik

spot_img

Azərbaycanın “Avroviziya 2025” yarışmasında iştirak edəcəyi mahnı məlub olub.

Maya.news xəbər verir ki, “Mamagama” qrupu tərəfindən səsləndiriləcək mahnı “Run with U” adlanır.

Mahnının sözləri Asəf Mişiyevə (Saphael Mishi), musiqisi isə Asəf Mişiyev (Saphael Mishi), Həsən Heydər (KHVS) və Roman Zilianevə (Roman Zee) aiddir.

Mahnıya artıq klip də çəkilib.

Klipdə ölkəmizi əvvəlki “Avroviziya” yarışlarında təmsil edən İlkin Dövlətov, Fahree, Tural və Turan Bağmanov da yer alıblar.

Bu ilki “Avroviziya” çıxışımızda ilk dəfə saz musiqi alətindən də istifadə olunub.

Qeyd edək ki, “Avroviziya 2025” beynəlxalq musiqi yarışması bu il İsveçrənin Bazel şəhərində keçiriləcək.

Ölkəmiz mayın 13-ü keçiriləcək birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

İkinci yarımfinal mayın 15-də, final isə 17-də baş tutacaq.