Universitetdə təhsil aldığı illərdə məruz qaldığı təzyiq və şiddət Ledi Qaqanın uğurunda stimul rolunu oynayıb.
Maya.news xəbər verir ki, hətta 12 tələbə yoldaşı onunla məzələnmək üçün “Stefani Germanotta: Heç vaxt məşhur olmayacaqsan” adlı Facebook qrupu belə yaradıblar.

Əsl adı Stefani Joanne Angelina Germanotta olan Ledi Qaqa Nyu-York Universitetində musiqi üzrə təhsil alıb.
Onun ən böyük uşaqlıq arzusu məşhur bir müğənni olmaq idi.
Kariyerasının ilk illərində lokal barlarda səhnə almağa başlayıb.

Ancaq onun bu istəyi ətrafındakı insanlarda qıcıq yaradırdı. Onu lağa qoyur və gülürdülər.
Bütün bu neqativliklərə baxmayaraq Stefani xəyallarından imtina etmədi, daha çox çalışdı və daha çox təcrübə qazandı.
Məqsədinə daha çox fokuslanan Stefani universitet təhsilini yarımçıq qoydu və illər ərzində bütün dünyanın tanıdığı Ledi Qaqaya çevrildi.

Qaqa onu lağa qoymaq üçün yaradılan “Facebook” qrupu barədə isə illər sonra bunu deyib:
“Bax buna görə də insanlar sizdən şübhə etdikdə xəyallarınızdan imtina etməməlisiniz”.