spot_img
Ana səhifəİNCƏSƏNƏTHans Zimmer Səudiyyə Ərəbistanının dövlət himnini yenidən aranjiman edəcək

Hans Zimmer Səudiyyə Ərəbistanının dövlət himnini yenidən aranjiman edəcək

spot_img

Dünyaca məşhur alman bəstəkar Hans Zimmer Səudiyyə Ərəbistanının dövlət himnini yenidən aranjiman edəcək.

Maya.news xəbər verir ki, Səudiyyə Ərəbistanı rəhbərliyi krallığın mədəni irsini zənginləşdirmək və yeniləmək məqsədilə Hans Zimmerlə əməkdaşlığa başladığını elan edib.

Bu razılaşma çərçivəsində dövlət himni müxtəlif musiqi alətləri ilə fərqli üslubda aranjiman ediləcək.

Bununla yanaşı, Hans Zimmer Səudiyyə Ərəbistanı üçün “Ərəbistan” adlı xüsusi bir əsər də bəstələyəcək.

Qeyd edək ki, iki dəfə “Oscar” və dörd dəfə “Grammy” mükafatı qazanan Hans Zimmer “Qladiator”, “Ulduzlararası”, “Dankrik” və “Dyun” kimi məşhur filmlərin musiqilərinin müəllifidir.