Musiqi eşidəndə oynamaq istəyinin musiqidən həzz almaqla əlaqəli olmadığı və anadangəlmə olduğu üzə çıxıb.
Maya.news xarici KİV-ə istinadla xəbər verir ki, mövzu ilə bağlı ABŞ və Böyük Britaniyada tədqiqat aparılıb.
Tədqiqat zamanı musiqi sevən və sevməyən insanların müqayisəli analizi aparılıb.
Məlum olub ki, musiqi sevməyən insanlarda da ritmik musiqi eşitdikdə hərəkət etmə istəyi yaranır.
Belə ki, musiqi sevməyən insanlar ritmik musiqi dinlədikdə həzz almasalar belə bədənlərini hərəkət etdirirlər.