Rəqs etmək idman qədər orqanizm üçün faydalıdır.
Maya.news xəbər verir ki, rəqsin sağlamlığa təsiri barədə “PLOS One” dərgisində məqalə yayımlanıb.
Məqalədə qeyd olunur ki, Northeastern Universitetində aparılan tədqiqat rəqs etməyn fiziki və zehni sağlamlıq üçün faydalı olduğunu üzə çıxarıb.
Tədqiqat zamanı 18-83 yaş aralığında olan 50 nəfər musiqili və musiqisiz 5 dəqiqəlik rəqs seanslarına qatılıb.
Tədqiqat zamanı rəqsin ürək sağlamlığını dəstəklədiyi, müvazinəti və elastikliyi artırdığı da aşkarlanıb.