spot_img
Ana səhifəİNCƏSƏNƏTMUSİQİSezen Aksu 5 illik fasilədən sonra yeni albom çıxaracaq

Sezen Aksu 5 illik fasilədən sonra yeni albom çıxaracaq

spot_img

Türkiyənin məşhur müğənnisi Sezen Aksu 5 illik fasilədən sonra yeni albom buraxacaq.

Maya.news Türkiyə mediasına istinadla xəbər verir ki, pop musiqisinin əfsanəsi pərəstişkarlarından gələn çoxsaylı albom istəklərinə müsbət cavab vermək qərarına gəlib.

Bu il 70 yaşını qeyd edəcək sənətçi 12 mahnıdan ibarət olacaq yeni albomuna “Paşa Gönlümün Şarkıları” adını verib.

Albomda müğənninin 8 köhnə mahnısının yeni aranjiman versiyaları və 3 yeni mahnı olacaq.

Verilən məlumata görə, Sezen Aksu bu il dünyasını dəyişən Ferdi Tayfurun bir mahnısına da “cover” oxuyacaq.

Albomun fevral ayının sonunadək işıq üzü görəcəyi bildirilir.