spot_img
Ana səhifəİNCƏSƏNƏTMUSİQİEşqin, əzabın və ehtirasın rəqsi: Tanqo

Eşqin, əzabın və ehtirasın rəqsi: Tanqo

spot_img

Tanqo sadəcə bir rəqs deyil. O, eyni zamanda bir hekayə nəql etmə üsuludur.

Maya.news xəbər verir ki, cazibəsi və zərifliyi ilə seçilən bu rəqs növü 19-cu əsrin sonlarında Argentinanın Buenos-Ayres və Uruqvayın Montevideo şəhərlərində yaranıb.

Tanqo özündə daha yaxşı həyat üçün Cənubi Amerikaya köçən insanların yaşadığı iqtisadi çətinlikləri, sosial ayrı-seçkiliyi və xəyal qırıqlıqlarını birləşdirir.

Argentinanın kasıb məhəllələrində yaşayan yoxsul insanların kədəri tanqo vasitəsilə əbədi hekayəyə çevrilib.

Yarandığı ilk illərdə varlı təbəqə tərəfindən subkultura sayılan, ayıb və günah hesab edilən tanqo Parisə çatdıqda tamamilə başqa cür qəbul edilib.

Fransızların tanqo sevgisi Argentina aristokratiyasının da bu rəqsi qəbul etməsinə səbəb olub.

Avropalılar Argetinasayağı tanqonu mürəkkəb hesab etdiklərinə görə onu sadələşdiriblər. Avropa üsulu tanqo isə bir anda Parisdən Londona, Berlindən Nyu-Yorka qədər bütün dünyaya yayılmağa başlayıb.

dancers in action against black background

Adı latın dilində “toxunmaq” mənasını verən “tangere” sözündən yaranan tanqo hisslər fəlsəfəsidir. Ona görə də hər addımı bir hekayə, hər melodiyası bir roman kimidir.

Bu rəqs 2009-cu ildə UNESCO tərəfindən “Qeyri-maddi mədəni irs” siyahısına daxil edilib.