Azərbaycan Respublikasının Xalq artisdi, ölkəmizin keçmiş səfiri Polad Bülbüloğluna Başqırdıstanın Xalq artisti fəxri adı verilib.
Maya.news xəbər verir ki, mükafatı ona Başqırdıstan Respublikasının rəhbəri Radiy Xabirov təqdim edib.Təqdimat mərasimi Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradıcı və elm adamlarının Ufada keçirilən XVII Forumu çərçivəsində keçirilib.