spot_img
Ana səhifəİNCƏSƏNƏTTƏSVİRİ SƏNƏTDünyada ilk muzeyi bu qadın şahzadə açıb

Dünyada ilk muzeyi bu qadın şahzadə açıb

spot_img

Dünyada elə bir sahə yoxdur ki, orada qadın toxunuşu olmasın. Mədəniyyət sahəsi də onlardan biridir.

Maya.news xəbər verir ki, uzun müddət muzeylər şəxsi kolleksiyaların qorunduğu yer olub. Belə bir yerə isə ancaq maddi cəhətcə varlı insanlar sahib ola bilərdilər. Hətta qədimdə muzeyləri ziyarət etmək üçün də zəngin insan olmaq vacib idi.

Dünyanın ilk muzeyi

Dünyada sosial təbəqə fərqi qoyulmadan bütün insanların ziyarət edə biləcəyi ilk ictimai muzey isə 2500 il əvvəl Enniqaldi-Nanna adlı Babil şahzadəsi tərəfindən açılıb. Həm də rahibə olan bu qadın tarixdə ilk arxeoloq kimi tanınan Neo-Babil İmperiyasının kralı Nabonidusun qızı idi.

Dünyanın ilk muzeyi

Enniqaldi eramızdan əvvəl 530-cu ildə Neo-Babil İmperiyası dövründə indiki İraq ərazisində yerləşən Ur əyalətində antik əsərlər muzeyi açıb. O, dünyanın müxtəlif yerlərində topladığı əsərləri öz muzeyində sərgiləyib. Eksponatlar arasında zərgərlik nümunələri və heykəllər üstünlük təşkil edib. Onların üzərində 3 dildə, o cümlədən şumer dilində yazılmış məlumatlandırıcı lövhələr yerləşdirilib.

Dünyanın ilk muzeyi

Bu tarixi muzey isə 1925-ci ildə arxeoloq Leonard Vulli və həyat yoldaşı Katerin Vulli tərəfindən qazıntılar zamanı aşkar edilib.

Dünyanın ilk muzeyi

Bu gün Enniqaldi-Nannanın kolleksiyasından bir çox əsər Londondakı Britaniya Muzeyində saxlanılır.

Dünyanın ilk muzeyi

Nannanın yaratdığı muzey təkcə tarixi əhəmiyyətli eksponatları qorumayıb, həmçinin müasir muzey ənənəsinin də əsasını qoyub.

Enniqaldi-Nanna adlı Babil şahzadəsi