spot_img
Ana səhifəİNCƏSƏNƏTTƏSVİRİ SƏNƏT“Mona Lisa” tablosunu görmək üçün əlavə bilet tələb olunacaq

“Mona Lisa” tablosunu görmək üçün əlavə bilet tələb olunacaq

spot_img

Dünyanın ən məşhur sənət əsərlərindən biri olan Leonardo da Vinçinin “Mona Lisa” tablosunu görmək istəyənlər üçün əlavə bilet tələb olunacaq.

Maya.news “The New York Times”a istinadla xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron tablonun muzeydə xüsusi otağa yerləşdiriləcəyini və bundan sonra onu görmək üçün əlavə biletin tələb olunacağını açıqlayıb.

Yeni qaydaya əsasən, “Mona Lisa” əsərini görmək üçün Luvr Muzeyinə giriş bileti kifayət etməyəcək.

Ziyarətçilər “Mona Lisa” tablosunu görmək üçün ayrıca bilet almalı olacaqlar.

Qeyd edək ki, “Mona Lisa” dünyanın ən ciddi qorunan sənət əsərlərindən biridir.

Tablo 1911-ci ildə muzeydən oğurlanıb, 1913-cü ildə isə geri qaytarılıb.

Bununla yanaşı, əsər dəfələrlə vandalizm hücumlarına məruz qalıb, üzərinə boya, şorba və digər mayelər atılıb.