Müasir incəsənətin möhtəşəm nümunələrini görmək istəyənlər üçün dünyada onlarla məşhur muzey mövcuddur.
Maya.news ən məşhur 10 müasir incəsənət muzeyini təqdim edir:
1. The Museum of Modern Art (MoMA) – Nyu-York, ABŞ
Dünyanın ən nüfuzlu müasir incəsənət muzeylərindən biri olan “MoMA” Pikasso, Van Qoq, Salvador Dali kimi sənətkarların əsərlərini nümayiş etdirilir.

2. Tate Modern – London, Böyük Britaniya
Londonda yerləşən “Tate Modern” müasir və konseptual sənət əsərlərinin ən zəngin kolleksiyalarından birinə sahibdir.

3. Museum of Contemporary Art (MOCA) – Şanxay, Çin
Asiyanın ən böyük müasir sənət muzeylərindən biri olan MOCA Çin və dünya incəsənətini bir araya gətirir.

4. Guggenheim Museum – Bilbao, İspaniya
Məşhur memar Frenk Geri tərəfindən dizayn edilən bu muzey həm binası, həm də içindəki eksponatlarla diqqət çəkir.

5. Stedelijk Museum – Amsterdam, Niderland
Müasir və eksperimental sənətə ev sahibliyi edən Stedelijk Niderlanddakı ən nüfuzlu incəsənət məkanlarından biridir.

6. Museum of Contemporary Art – Sidney, Avstraliya
Sidneyin məşhur limanı yaxınlığında yerləşən bu muzeydə Avstraliya və dünya müasir sənətinin ən maraqlı nümunələri sərgilənir.
