spot_img
Ana səhifəİNCƏSƏNƏTTÜRK SİNEMASININ ƏFSANƏSİ - CÜNEYT ARKIN

TÜRK SİNEMASININ ƏFSANƏSİ – CÜNEYT ARKIN

spot_img

500-dən artıq filmdə rol alan Türkiyəli aktyor Cüneyt Arkın  7 sentyabr 1937-ci ildə anadan olub. 

Maya.news xəbər verir ki, aktyor canlandırdığı obrazların Malqoçoğlu, Batdal Qazi, Qara Murad və s. adları ilə daha çox tanınıb.

Aktyor 1961-ci ildə İstanbul Tibb Fakültəsindən məzun olub. Hərbi xidməti başa vurduqdan sonra bir müddət Türkiyənin Adana şəhərində həkimlik edib. 1963-cü ildə isə “Artist” jurnalının müsabiqəsində qalib olub. Həmin ildən etibarən filmlərə çəkilən Cüneyt Arkın ilk 2 il ərzində 30-dan artıq filmdə rol alıb.

Aktyor filmlərdə akrobatik hərəkətlər etmək üçün İstanbulda fəaliyyət göstərən Medrano sirkində altı ay müddətində təhsil alıb.

Komediya, macəra, romantika və ictimai mövzulu filmlərdə rol alan aktyorun karyerasında “Mədən” və “Vətəndaş Rza” filmləri xüsusi yer tutur.

O, ilk evliliyini 1964-cü ildə həkim Gülər Mocan ilə edib. Bu evlilikdən Filiz adlı qızları dünyaya gəlib. 1968-ci ildə boşandıqdan bir il sonra Betül Cüreklibatur adlı xanımla ailə quran Cüneyt Arkının son evliliyindən isə iki oğlu olub.

Türk millətçisi kimi tanınan aktyor 28 iyun 2022-ci ildə ürəyinin dayanması səbəbindən həyatını itirib, İstanbulun Zincirliquyu məzarlığında dəfn olunub.