Türkiyə istehsalı olan məşhur “Yalı Çapkını” serialının çəkildiyi villa satışa çıxarılıb.
Maya.news Türkiyə mediasına istinadən xəbər verir ki, serialının çəkildiyi Şevkət Paşa villası 1 milyard 250 milyon lirəyə (6 mln 237 min 500 manat) təklif olunur.
40 il əvvəl tikilmiş 14 otaqlı villa serialın çəkilişi üçün 600 min (30 min manat) lirəyə kirayə verilir.
2380 kvadratmetr ərazisi olan malikanənin ümumi sahəsi 1985 kvadratmetrdir.