Birləşmiş Ərəb Əmirliyinin ikinci ən böyük şəhəri olan Dubayda “Azərbaycan” adlı ada var.
Maya.news xəbər verir ki, bu ada “Dünya adaları” (“The World Islands”) adlı süni arxipelaqda yerləşir.
Bu arxipelaq səmadan baxdıqda Yer kürəsini xatırladır.
Sahəsi 55 km² olan ada sahildən 4 km uzaqda yerləşir.
Arxipelaqda ümumilikdə 300 ada salınıb ki, onların da ölçüləri 14-83 min m² arasında dəyişir.
Arxipelaqın inşasına 2 milyard dollardan çox vəsait xərcləndiyi bildirilir.
Qeyd edək ki, adalar 2007-ci ildən etibarən satışa çıxarılıb və müxtəlif investorlar və şirlətlər tərəfindən satın alınıb.
