Monqolustan ərazisinə görə dünyanın 18-ci ən böyük ölkəsidir
Maya.news xəbər verir ki, onun ərazisi Fransanın iki qatından da böyükdür.

Lakin bu genişliyə baxmayaraq, 3,4 milyonluq ölkə əhalisi Monqolustanın cəmi 1,3%-lik ərazisində məskunlaşıb. Başqa sözlə, Monqolustanın 99,7%-i boşdur.
Ölkənin bu qədər böyük ərazisində yaşayışın olmamasının əsas səbəbi isə ölkənin coğrafi şəraitinin əlverişsiz olmasıdır.

Monqolustanın cənub-qərbində Altay dağları, cənub-şərqində isə yağıntıların çox nadir olduğu, soyuq və quraq iqlimə malik Qobi çölü yerləşir.

Bundan əlavə, ölkənin böyük hissəsi sıra dağlardan və kələ-kötür düzənliklərdən ibarətdir.

Nəticədə əhalinin 1,7%-i paytaxt Ulan-Batorda və ətraf ərazilərdə cəmləşib.
Bu bölgələr ölkənin ən əlverişli yaşayış sahələri hesab edilir.