spot_img
Ana səhifəHƏYAT TƏRZİSƏYAHƏTTəyyarələr niyə Tibetin üzərindən uçmur?

Təyyarələr niyə Tibetin üzərindən uçmur?

spot_img

Tibet Fransa ərazisinin 5 qatından daha böyük ərazini əhatə edir. Buna baxmayaraq bütün aviaşirkətlər Tibet üzərindən uçuş həyata keçirməkdən yayınırlar.

Maya.news xəbər verir ki, uçuş radarlarına baxdıqda heç bir təyyarənin hərəkət etmədiyi böyük bir ərazi görmək mümkündür.

Təyyarələr Tibet üzərindən uçmur

Təyyarələrin Tibet üzərindən uçmamasının 3 əsas səbəbi var:

İlk səbəb ərazinin yüksək dağlardan ibarət olmasıdır. Burada orta hesabla hündürlük 4500 metrdir. Dünyanın ən hündür zirvəsi Everest də məhz burada yerləşir.

İqtisadi məqsədlər üçün uçan təyyarələrin əksəriyyəti isə təxminən 10 000 m yüksəklikdə uçurlar.

Tibetdə dağlar

Ancaq təzyiq göstəricilərinə görə təyyarələr bəzən 3 000 metr yüksəkliyə qədər edə bilirlər. Tibetdə isə bu yüksəkliyə enmək qeyri-mümkündür.

İkinci səbəb isə Tibetdə havanın sürətlə dəyişməsidir. Güclü külək, şiddətli yağmur və türbülanslar təyyarələrin uçuşuna mane olur.

Üçüncü əsas səbəb isə Tibetdə təcili eniş üçün kifayət qədər hava limanının olmamasıdır.

Bölgədə yalnız 5 hava limanı var ki, bu da Tibeti təyyarə uçuşları üçün riskli əraziyə çevirir.